Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

İranın əsas mallarının təminatında problem yoxdur.

Bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib.

“İqtisadi müharibənin (ABŞ sanksiyaları və İran limanlarının blokadası-red.) yaratdığı məhdudiyyətlərə baxmayaraq, ölkənin əsas mallarının təminatı sahəsində heç bir problem yoxdur”, – o vurğulayıb.

Mədinəzadənin sözlərinə görə, istehsal xammalının təmin edilməsi üçün alternativ marşrutlar araşdırılır və Rusiyadakı danışıqlarda ticarət dəhlizlərinin, eləcə də logistik infrastrukturun tamamlanması məsələsi də müzakirə edilib.

Report.