MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasının iştirakçıları yaxın perspektiv üçün əməkdaşlıq prioritetlərini müəyyən etmək və sədrliyi Birliyin növbəti iştirakçı dövlətinə təhvil vermək niyyətindədirlər.
Bu barədə Belarusun antiinhisar tənzimlənməsi və ticarət naziri Aleksandr Yakovçits bildirib.
“İclas zamanı ölkələrimizdə antiinhisar siyasətinin ən mühüm istiqamətlərinin müzakirə edilməsi və təcrübə mübadiləsinin aparılması planlaşdırılır”, – o deyib.
Report.