Astanada (Qazaxıstan) elektromobillər üçün avtonom günəş enerjidoldurma stansiyası işə salınıb.
Bu barədə respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bu, MDB-də ilk belə qurğu olub.
Stansiya “Alatau” idman kompleksinin ərazisində yerləşir və şəhər elektrik şəbəkələrindən asılı olmayaraq, “off-grid” prinsipi ilə işləyir. Layihə Qazaxıstanın “BOLASHAQ POWER” MMC şirkəti tərəfindən hazırlanıb.
Report.