Maşınlar toqquşdu – 4 nəfər xəsarət aldı

Maşınlar toqquşdu  – 4 nəfər xəsarət aldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Qafqazinfo.