Maşın idarəetmədən çıxıb hasara dəydi – Xəsarət alan var

Maşın idarəetmədən çıxıb hasara dəydi  – Xəsarət alan var</b>

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, Çin istehsalı olan “Lynk & Co” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və Gəncə Şəhər Milli Dram Teatrının keçmiş binasının hasarına dəyib.

Hadisə nəticəsində avtomobildə sərnişin qismində əyləşən,1996-cı il təvəllüdlü Arzu Asif qızı xəsarət alıb.

Xəsarət alan şəxs Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Qafqazinfo.