Maşın idarəetmədən çıxaraq aşdı – Ölən və xəsarət alanlar var

Maşın idarəetmədən çıxaraq aşdı  – Ölən və xəsarət alanlar var

Salyanda ağır yol qəzası baş verib.

Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktka bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Qafqazinfo.