Masazır-Novxanı yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza yolun Masazır qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KİA” markalı minik avtomobili motosikletlə toqquşub.
Toqquşma nəticəsində motosikletdə olan iki gənc oğlan həyatını itirib.
Report.