Masallıda minik avtomobili yük avtomobillərinə çırpılıb, bir nəfər ölüb.
Belə ki, Sakit İsmayılovun idarə etdiyi “Subaru” markalı nəqliyyat vasitəsi Məzahir Əkbərovun idarə etdiyi “Zil” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Subaru”nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nəqliyyat vasitəsində sərnişin qismində olan 1966-cı il təvəllüdlü Taleh Həsənov isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
YENİLƏNİR
Report.