Masallıda çayda üzərkən ağır xəsarət alan 22 yaşlı gənc xəstəxanada vəfat edib

Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.

Hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.

O, 10 gün paytaxt xəstəxanalarından birində müalicə olsunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

Report.