Marta Kos: Aİ Türkiyədə intermodal nəqliyyat xidmətlərinin inkişafı üzrə layihəni başa çatdırıb

Marta Kos: Aİ Türkiyədə intermodal nəqliyyat xidmətlərinin inkişafı üzrə layihəni başa çatdırıb

Avropa İttifaqı (Aİ) ölkənin nəqliyyat infrastrukturuna gələcək investisiyalar üçün zəmin yaratmağa və yük daşımalarının səmərəliliyini artırmağa yönəlmiş “Türkiyədə intermodal nəqliyyat xidmətlərinin gücləndirilməsi” (Strengthening Intermodal Transport Services in Türkiye U-IMT Project) layihəsini başa çatdırıb.

Bu barədə Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos layihənin Ankarada keçirilən bağlanış mərasimində bildirib.

Onun sözlərinə görə, qlobal ticarət marşrutlarının dəyişməsi və şirkətlərin tədarük zəncirlərini şaxələndirmək istəyi fonunda Aİ və Türkiyənin regionun nəqliyyat bağlantısını gücləndirmək və ayrı-ayrı marşrutlardan asılılığı azaltmaq üçün böyük ortaq imkanı yaranıb.

Report.