Türkiyənin Manisa şəhərinin Köprübaşı rayonunda xəstə daşıyan təcili tibbi yardım maşını ilə traktorun toqquşması nəticəsində 6 nəfər yaralanıb.
Əraziyə tibb, yanğınsöndürmə və jandarm qrupları göndərilib.
Qəzada sürücülərlə yanaşı, təcili yardım maşınındakı 2 işçi və xəstə, eləcə də traktorda olan şəxs yaralanıb. Xəstəxanaya aparılan yaralıların vəziyyəti yaxşıdır.
Report.