Malatyada toy karvanında qəza baş verib

Malatyada toy karvanında qəza baş verib

Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda toy karvanında zəncirvari qəza baş verib və 9 nəfər yaralanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Daxil olan məlumat əsasında bölgəyə tibb, jandarm və yanğınsöndürmə qrupları göndərilib. Yaralılardan yeddisi təcili yardım maşınları ilə Doğanşehir Dövlət Xəstəxanasına aparılıb:

“İki yaralı isə Malatya Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib”.

Report.