Makron Paşinyanla “Şimal-Cənub” marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib

Makron Paşinyanla “Şimal-Cənub” marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib

Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Görüşəd ikitərəfli əlaqələrin prioritet istiqaməti kimi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Bu kontekstdə tərəflər Ermənistanın ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə ardıcıl addımlarını xüsusi qeyd ediblər. Paşinyan bildirib ki, “Şimal-Cənub” strateji nəqliyyat dəhlizinin bir hissəsi olacaq Bərgüşad tunelinin çəkilişi üzrə tikinti işləri əsas mərhələyə qədəm qoyub. Bununla əlaqədar tikinti işlərinin tezliklə başlanmasının vacibliyi vurğulanıb.

Makron, öz növbəsində, strateji əməkdaşlıq haqqında ikitərəfli bəyannaməyə uyğun olaraq bütün istiqamətlərdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.

Paşinyan Fransa ilə kosmik sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Report.