LIQUI MOLY “Radius”a “Strateji pərakəndə satış və servis şəbəkəsi” statusu təqdim edib

LIQUI MOLY “Radius”a “Strateji pərakəndə satış və servis şəbəkəsi” statusu təqdim edib

Almaniyada uzun illərdir motor yağları kateqoriyasında №1 mövqeyini qoruyan və “Made in Germany” keyfiyyəti ilə tanınan LIQUI MOLY şirkəti Azərbaycanda fəaliyyət göstərən “Radius”a “Strateji pərakəndə satış və servis şəbəkəsi” statusu təqdim edib.

Bu barədə “Radius”un təşkilatçılığı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, yeni status “Radius” ilə LIQUI MOLY arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bu çərçivədə Radius LIQUI MOLY-nin Almaniyadakı baş ofisinin texniki dəstəyi, peşəkar təlim proqramları, beynəlxalq ekspertlərin təcrübəsi və müasir servis standartlarından yararlanacaq.

Tədbirdə çıxış edən LIQUI MOLY-in İxrac üzrə direktor müavini Andreas Maidel “Radius”un bu statusa layiq görülməsinin səbəblərini belə izah edib:

“LIQUI MOLY üçün tərəfdaş seçərkən əsas meyar təkcə satış göstəriciləri deyil. Bizim üçün peşəkarlıq, etibarlılıq, uzunmüddətli əməkdaşlıq və müştəriyönümlü yanaşma böyük əhəmiyyət daşıyır. Radius-da bu prinsiplərin hər biri var. Məhz buna görə Radius-u Azərbaycanda strateji pərakəndə satış və servis şəbəkəsi kimi seçmişik”.

Mətbuat konfransı zamanı LIQUI MOLY-nin beynəlxalq servis standartları, texnoloji yenilikləri və gələcək əməkdaşlıq istiqamətləri barədə təqdimat keçirilib.

Tədbirin sonunda LIQUI MOLY tərəfindən imzalanmış “Strateji pərakəndə satış və servis şəbəkəsi” statusunu təsdiq edən sertifikat “Radius”a təqdim olunub.

Report.