Liberiya Prezidenti Türkiyədə səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Vahdettin köşkündə Liberiya Prezidenti Cozef Nyuma Boakai ilə görüş keçirib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları təkbətək görüşə başlayıblar.

Görüşdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Report.