Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən, Hüseynov Rüfət Almas oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama keçirilib.

Bu barədə “Report”a AQTA-dan məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, obyektin icazəsi olmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı və antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarəti olmadan kəsildiyi müəyyən edilib, eləcə də digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Report.