Lənkəranda güclü külək bir sıra fəsadlar törədib

Lənkəranda güclü külək bir sıra fəsadlar törədib

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləklə müşayiət olunan yağış Lənkəranda bir sıra fəsadlar törədib.

Güclü külək əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. İldırımla müşayiət olunan güclü külək nəticəsində Şəhidlər Xiyabanı küçəsində iri gövdəli ağac vətəndaşa məxsus hasarın və qaz borusunun üstünə aşıb. Nəticədə qaz borusu və sayğac sıradan çıxıb.

Şəhərin Kiçik Bazar deyilən ərazisində isə ağac hərəkətdə olan Ehtiram Fərəcova məxsus “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üstünə düşüb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Report.