Lənkəranda gənc həmyaşıdları ilə dava zamanı ağır xəsarət alaraq komaya düşüb

Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsinə səbəb olub.

Kənd sakini 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.

Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Report.