Lənkəranda avtomobilllər toqquşub, xəsarət alanlar var

Lənkəranda avtomobilllər toqquşub, xəsarət alanlar var.

Hadisə Liman şəhərində baş verib.

Bakı istiqamətində hərəkətdə olan “Kia Ceed” markalı avtomobil qarşı tərəfdən gələn “Opel” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Kia”da olan üç nəfər – Cəlilabad sakinləri Şahbazov Büsal Seymur oğlu, Heydərov Sadiq Əlizamin oğlu və Əliyev Adil Camal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Report.