Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar zamanı ölkəsinin Ukraynadakı münaqişənin nizamlanmasına hazır olduğunu və Ankoricdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.
Bu barədə Rusiya XİN-in Lavrov və Rubionun Maniladakı görüşünün yekunlarına dair yaydığı məlumatda qeyd olunub.
“Lavrov Rusiya tərəfinin münaqişənin siyasi-diplomatik yolla nizamlanmasına hazır olduğunu və prezidentlər Vladimir Putinlə Donald Trampın Ankoricdə keçirilmiş görüşündə ABŞ tərəfinin irəli sürdüyü təkliflərə sadiqliyini bir daha təsdiqləyib”, – XİN-dən bildirilib.
Bundan başqa, Lavrov və Rubio Rusiya ilə ABŞ-nin diplomatik missiyalarının iş şəraitinin normallaşdırılmasını müzakirə edib, habelə təmasları davam etdirməklə bağlı razılığa gəliblər.