Rusiya tərəfi İran Prezidenti Məsud Pezeşkianın Moskvada Qaz İxrac Edən Ölkələr Forumunun sammitində iştirak edəcəyini gözləyir.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda keçirilən mətbuat konfransında bildirib.
“Prezident Pezeşkianın oktyabrın sonunda Moskvada keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun sammitində iştirak edə biləcəyini gözləyirik”, – o bildirib.
Report.