Laos iki ölkənin ticarət və sənaye palataları arasında birgə İşgüzar Şuranın və ya işçi qrupunun formalaşdırılması təşəbbüsünü irəli sürüb.
Bu təkliflə Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Tanonqsin Kanlanya Azərbaycan-Laos biznes-forumu çərçivəsində çıxış edib.
Onun sözlərinə görə, bu strukturun məqsədi müntəzəm görüşlərin keçirilməsi və qurulmuş işgüzar əlaqələrin sonrakı monitorinqinin həyata keçirilməsi olacaq.
Report.