Kürdəmirdə zəncirvari yol qəzası olub, iki nəfər xəsarət alıb

Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki xəsarət alıb.

Hadisə Ağsu–Kürdəmir–İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər “VAZ-2106” markalı avtomobilə dəyib.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobillərdən biri aşıb. Bu zaman avtomobilin yaxınlığında dayanan rayon sakinləri – 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Report.