Kürdəmirdə sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib

Kürdəmirdə sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 172-ci kilometrində sürücünün sükan arxasında yuxulaması səbəbindən saat 02:30 radələrində, yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Mehdi Mirzəyevin idarə etdiyi MAN markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə dəyib, sonra qarşı hərəkət zolağına keçərək yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.

YPX Alayının əməkdaşları tərəfindən hadisə yeri nəzarətə götürülüb, digər nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Report.