Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə minik maşınında olan dörd sərnişin ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Report.