Kürdə bir nəfər batıb

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfər batıb.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Report.