Güclü küləyin təsiri nəticəsində 2 qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Bu barədə nazirlik məlumat yhayıb.
Qeyd olunub ki, ötən gün saat 20:20-də 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib.
Həmin gün saat 20:40-da 1987-ci il təvəllüdlü qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Tibbi müayinə zamanı ona sol əlin 3-4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub, müvafiq tibbi yardım göstərilib.
Report.