Küləkli hava nə vaxta qədər davam edəcək?

Küləkli hava nə vaxta qədər davam edəcək?

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.

***

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.

Küləkli hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

Qafqazinfo.