Kukla teatrın əməkdaşı direktorunun şikayəti üzrə təqsirləndirilən şəxs olub

Kukla teatrın əməkdaşı direktorunun şikayəti üzrə təqsirləndirilən şəxs olub

Dövlət Kukla Teatrının direktoru Əhməd-Zadə Rəşad Rüfət oğlu Kukla Teatrının əməkdaşı Əkbərova Aynurə Zaməddin qızı barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Abşeron rayon Məhkəməsində keçirilən prosesdə A. Əkbərova barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürülüb.

Qərara əsasən, Aynurə Əkbərova Azərbaycan Dövlət Kukla Teatrının direktoru Əhməd-Zadə Rəşad Rüfət oğlu barəsində kütləvi informasiya vasitələrində böhtan xarakterli məlumatlar yaydığı üçün və onu cinayət törətməkdə ittiham etməsi ilə bağlı etdiyi paylaşımlara bağlı Cinayət Məcəlləsinin 147.1-ci (cinayət törətməkdə böhtan atma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, A. Əkbərova Xətai rayon icra başçısının keçmiş müavini Zaməddin Əkbərovun qızıdır.

Report.