Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Bu barədə qubernator Veniamin Kondratyev məlumat verib.
Onun sözlərinə görə, dron hücumu nəticəsində Armavirdə “Wildberries” anbarının əməkdaşı həlak olub.
“Üç nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə orta ağırdır. Onlar şəhərin tibb müəssisələrinə yerləşdiriliblər. Qalan altı nəfərə ambulator yardım göstərilib”, – qubernator bildirib.
Report.