Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Fransanın Avropa işləri üzrə səlahiyyətli naziri Benjamin Haddad Parisdə Cənubi Qafqazdakı vəziyyəti və regionda sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş səyləri müzakirə ediblər.
Tərəflər İrəvan və Paris arasında strateji tərəfdaşlığın inkişafının müsbət dinamikasını qeyd edib, onun dərinləşdirilməsi üzrə birgə addımları nəzərdən keçiriblər.
Report.