“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

“Kontakt” mağazalar şəbəkəsindən rəsmi açıqlama

Bir sıra məhsulların mənşə ölkəsi barədə təqdim olunan məlumatlarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış araşdırma yekunlaşıb.

Bu “Kontakt” mağazalar şəbəkəsindən bildirilib.

Məlumata görə, araşdırma zamanı sözügedən məhsulların istehsalçısı tərəfindən təqdim edilən xarici qablaşdırmasında olan bəzi məlumatların istehlakçılarda məhsulun mənşə ölkəsi barədə fərqli təsəvvür formalaşdırması ehtimalı nəzərə alınıb.

“Qeyd edək ki, məhsulların xarici qablaşdırılması birbaşa istehsalçı brend tərəfindən edilir, distribütor (və ya satıcı) şirkətə hazır formada göndərilir.

Bununla belə, qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərən və istehlakçı hüquqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan məsuliyyətli şirkət kimi “Kontakt” təqdim olunan rəy və tövsiyələr əsasında zəruri tədbirlər görüb və bu istiqamətdə işləri davam etdirir.

Araşdırma prosesində məsələyə obyektiv yanaşdığına görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təşəkkürümüzü bildiririk.

Şirkətimiz istehlakçıların düzgün məlumatlandırılmasını və hüquqlarının qorunmasını daim prioritet hesab edir. Buna görə də, məhsullarla bağlı təqdim olunan məlumatların şəffaflığına hər zaman xüsusi həssaslıqla yanaşır”, – deyə məlumatda qeyd edilib.

Qafqazinfo.