Bu ilin mart ayında fəaliyyətə başlayan “Gəncə KOB evi”ndə iyulun 1-dək sahibkarlara 2 149 xidmət göstərilib.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, bu xidmətlərin 1 842-si G2B, 307-si isə B2B xidmətlər olub.
Sahibkarların müraciətləri əsasən biznesin qurulması və inkişafı, yük və sərnişin daşımaları, mənşə sertifikatlarının alınması, poçt xidmətləri və digər məsələləri əhatə edib. Ən çox xidmət göstərən qurumlar – Dövlət Reklam Agentliyi – 567 xidmət (26,38%), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – 506 xidmət (23,54 %), Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – 411 xidmət (19,12 %), “Azərpoçt” MMC – 217 xidmət (10,09 %) və Qida Təhlükəsizliyi Agentliyi – 63 xidmət (2,93 %) olub.
“Gəncə KOB evi”nin xidmətlərindən Gəncə şəhəri ilə yanaşı, Naftalan, Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sahibkarları da istifadə ediblər.