Rusiya avqustun 5-nə keçən gecə Ukraynanın Kiyev vilayəti və paytaxt Kiyevə ballistik raketlər, kaset döyüş sursatları və Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücum edib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri resurs çatışmazlığı səbəbindən atılan raketlərin bir hissəsini zərərsizləşdirə bilməyiblər.
Nəticədə raketlər paytaxtın ən iri ticarət mərkəzləri – “Silpo” “Rozetka”, iaşə və poçt şəbəkələrinə düşüb.
Qeyd edək ki, Rusiyanın Kiyevə son hücumunda 17 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilir.
Report.