Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) konfransı keçirilir.
Nizami Kino Mərkəzində baş tutan konfransın gündəliyində əsas məsələ sədr seçkisidir.
Daha əvvəl Xalq artisti Şəfiqə Məmmədovanın qarşıdakı konfransda Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə irəli sürüləcək yeganə namizəd kimi yekdilliklə seçildiyi məlum olmuşdu.
AKİ-nin bir sıra üzvləri isə ötən axşam sədri vəzifəsinə Azərbaycan Respublikasının Xalq artisti Həmidə Ömərovanın namizədliyini irəli sürüb.
Qeyd edək ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra AKİ sədrinin səlahiyyətlərini 81 yaşlı Şəfiqə Məmmədova icra edib. Qurumun katibi olan 52 yaşlı Əli İsa Cabbarov da namizədliyi irəli sürmüşdü. Ötən ay isə o, namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini bildirmişdi. Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər.
Lamiyə Məmmədova