Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun çaya düşməsi hadisəsinin detalları məlum olub.
Iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb.
Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.
Report.