Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub.
Yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb.
Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb. Bununla yanaşı, daşqın səbəbindən Bartın vilayətinə gedən avtomagistral bağlanıb. Sel və daşqın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Report.