Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Çin Sədri Si Cinpin sabah Qazaxıstan liderinin Çinə işgüzar səfəri çərçivəsində Şanxayda danışıqlar aparacaqlar.
Tokayev Si Cinpinin dəvəti ilə Şanxaya gedib.
Qazaxıstan Prezidenti Si Cinpinlə danışıqlardan əlavə, Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə dəyirmi masada iştirak edəcək.
Report.