Sentyabrın 29-da Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Azərbaycan Respublikasının bayrağı olan stend aşırdılıb.
Həmçinin stenddəki Azərbaycan bayrağının üzəri də cızılıb.
Bununla belə, hadisə zamanı Gürcüstan bayrağına zədə yetirilməyib.
Qeyd edək ki, stend Azərbaycan və Gürcüstan dostluğunun simvolu olaraq ərazidə basdırılmış ağacların önündə yerləşirdi.
Qafqazinfo.

