Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Nevşehir əyalətinin Kapadokiya bölgəsində Görəmə qəsəbəsində açıq hava muzeyinin girişində qayaların çökməsi nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

Məlumatı “Haber Global” yayıb.

Bildirilib ki, hadisə yerinə jandarma, polis, səhiyyə və axtarış-xilasetmə qrupları göndərilib. Ərazidə fövqəladə hallar üzrə qərargah qurulub.

Report.