Beyləqanda kanalda batan 21 yaşlı Amin Əhmədovun meyiti tapılıb.
Hadisə avqustun 6-da rayon ərazisindən keçən “Yeni Xan Qızı” adlı kanalda baş verib.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 2005-ci il təvəllüdlü gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ziya Əmirxanlı
Qafqazinfo.