Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatskidən 521 kilometr və Aleut bələdiyyə dairəsinin inzibati mərkəzi olan Nikolskoye kəndindən 116 kilometr məsafədə 5,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından bildirilib.
Zəlzələ ocağı 63,7 metr dərinlikdə yerləşib.
Report.