Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub

Kamçatkada 5,4 maqnitudalı zəlzələ olub

Kamçatka (Rusiya) sahillərinin akvatoriyasında 5,4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə ölkənin Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.

“İlkin qiymətləndirməyə görə, Petropavlovsk-Kamçatskidə intensivlik üç bal təşkil edib”, – məlumatda bildirilib.

Report.