“KAMAZ” “Vito” ilə toqquşdu

“KAMAZ”  “Vito” ilə toqquşdu

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəza zamanı ölən və xəsarət alanlar var. Yaralılar yaxımlıqdakı xəstəxanalardan birinə  yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Qafqazinfo.