Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb.
Kallas telefon danışığının detallarını “X” sosial şəbəkə hesabında paylaşıb.
İrana Rusiyaya hərbi dəstəyini dayandırmaqla bağlı çağırışını bir daha təkrarladığını qeyd edən Avropa diplomatiyasının rəhbəri Moskvanın Ukraynada getdikcə daha çox mülki itkilərə səbəb olduğuna diqqət çəkib.
Report.