Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 16-ya çatıb

Kabardin-Balkarda qar uçqunu nəticəsində ölənlərin sayı 16-ya çatıb

Kabardin-Balkar Respublikasının Bezengi dərəsində aparılan axtarış-xilasetmə əməliyyatı zamanı qar uçqununda həlak olan daha iki alpinistin meyiti tapılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) regional şöbəsinin mətbuat xidməti məlumat yayıb.

Bununla da ölənlərin sayı 16-ya çatıb. Məlumatda bildirilir ki, daha bir alpinistin taleyi hələ də məlum deyil.

Qurum qeyd edib ki, hava şəraitinin pisləşməsi, qar və buz uçqunu təhlükəsi səbəbindən ərazidə axtarış-xilasetmə əməliyyatları dayandırılıb. Axtarışların sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopterindən istifadə etməklə davam etdirilməsi planlaşdırılır.

Report.