Kabardin-Balkar Respublikasının (Rusiya) Bezengi dərəsində baş verən qar uçqunu nəticəsində azı iki nəfər ölüb, 10 nəfər itkin düşüb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, xilasedicilər hadisə yerindən üç zərərçəkəni təxliyə ediblər, onlar helikopterlə Nalçikə aparılıb və orada Fəlakət Tibbi Mərkəzinin əməkdaşlarına təhvil verilib.
Ölənlərin meyitinin sabah təxliyə edilməsi planlaşdırılır.
Report.