Kabardin-Balkar Respublikasının Bezengi dərəsində axtarış-xilasetmə əməliyyatı nəticəsində daha üç alpinistin meyiti aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bununla da Mijirgi dağında qar uçqunu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
“Hazırda üç alpinistin taleyi məlum deyil”, – məlumatda bildirilir.
Həlak olanların meyitləri helikopterlə Nalçikə aparılıb və hüquq-mühafizə orqanlarının istintaq-əməliyyat qrupuna təhvil verilib.
Report.