Xarici qüvvələrin təsiri altında ölkədə vəziyyəti qeyri-sabitləşdirməyə çalışan şəxslər sərt şəkildə cəzalandırılacaqlar.
Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 29-da Bişkekdə ŞƏT dövlət başçıları sammiti və VI Ümumdünya Köçəri Oyunlarının təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş güc strukturlarına baxış zamanı bildirib.
“Biz müxtəlif dağıdıcı xarici qüvvələrin təxribatlarına uyaraq və onlardan mükafat alaraq aramızda fəaliyyət göstərən, qisasa çağıran və cəmiyyətdəki sabitliyi pozmağa çalışan o azsaylı xalq düşmənlərini sərt şəkildə cəzalandıracağıq. Belə insanlara aman verilməyəcək!” – Japarov bildirib.
Report.