İzmirdə 85 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb.

Bu barədə ölkənin Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, sahil mühafizə qüvvələri mobil sahil müşahidə sistemi və pilotsuz uçuş aparatının (PUA) köməyi ilə bölgədə iki qayıq aşkarlayıb.

“Əməliyyat zamanı qayıqlardan birində olan, aralarında 11 uşağın da olduğu 53 nəfər, digər qayıqda isə 32 nəfər saxlanılıb. Beləliklə, ümumilikdə 85 qanunsuz miqrant tutulub”, – məlumatda qeyd olunub.

Hadisə ilə bağlı miqrant qaçaqmalçılığında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Report.